Göyçayda cücə yetişdirmə sexində yanğın hadisəsi baş verib.
Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə bu gün saat 9:00 radələrində rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb. Sahibkar, 1947-ci il təvəllüdlü Süleymanov Pünhan Nadirxan oğluna məxsus ümumi sahəsi 221 kvadratmetr olan cücə yetişdirmə sexində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı sexin 90 kvadratmetrlik hissəsi yanıb, içəridəki 5 300 baş biraylıq cücə tüstüdən boğularaq tələf olub, 5 200 baş cücə xilas edilib, eləcə də yaxınlıqdakı 72 kvadratmetr sahəsi olan ev və 98 kvadratmetr sahəsi olan talvar yanğından mühafizə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, ev sahibinin sözlərinə görə yanğına səbəb qısa qapanmadan olduğunu deyir. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…