Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, yarımfinal turu paytaxtda 7 mərkəzdə təşkil ediləcək. Belə ki, Nərimanov rayonu 36, Nizami rayonu 229, Binəqədi rayonu 276, Xətai rayonu 138, Nəsimi rayonu 54 nömrəli tam orta məktəblər, ADA və Bakı Mühəndislik universitetləri olimpiada mərkəzləri olaraq təyin edilib.
Olimpiadanın respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər iştirak edəcəklər. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…