Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Aranxeber.com xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Muradov Sənan Qabil oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən onun qarşısında hərəkətdə olan Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü sürücü Dadaşov Bəymurad Sırac oğlunun idarə etdiyi traktora çırpılıb.
Zərbənin gücündən traktor yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan traktorun sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…