Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Aranxeber.com xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinə rayonun Köhünlü kənd sakini 1960-cı il təvəllüdlü, Mikayılov Sadıq Kamal oğlunun qanunsuz olaraq narkotik vasitəni yaşadığı evdə və evin həyətyanı sahəsində saxlaması, eləcə də qanunsuz olaraq narkotik vasitəni satması barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Mikayılov Sadıqin evinin həyətyanı torpaq sahəsində aparılan axtarış zamanı bir ədəd “İJ” markalı ov tüfəngi, torpağa basdırılan 14 ədəd 2-3 litrlik şüşə balonların içərisində və əlavə olaraq 131 ədəd kibrit qutularına qablaşdırılımış halda ümumi çəkisi 5 kq 580 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb və maddi sübut qismində istintaqa təqdim edilib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, hal-hazırda istintaq davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…