Kateqoriyalar: BaşSosialTəhsil

2019/2020-ci tədris ilində buraxılış imtahanlarının proqramlarından çıxarılan mövzular

2019/2020-ci tədris ili üçün ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında bəzi dəyişikliklər edilib.

aranxeber.com azedu.az-a istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə 2019/2020-ci tədris ili üçün ümumi orta ( 9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında 2019-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilmiş və  ümumtəhsil müəssisələrinə istifadəyə verilmiş  dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.

 Belə ki, 2019-cu ildə nəşr edilmiş 8-ci sinif “Azərbaycan dili” dərsliyindəki dəyişikliklərə görə aşağıda qeyd edilən  mövzular həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramlarından çıxarılıb:

-İdi, imiş şəkilçilərinin yazılışı və tələffüzü.

-Söz birləşmələrinin quruluşu.

– Sadə və mürəkkəb söz birləşmələri.

– İsmi birləşmələrin növləri.

-I növ təyini söz birləşməsi.

– II növ təyini söz birləşməsi.

– III növ təyini söz birləşməsi.

– İdarə əlaqəsi.

– Yanaşma əlaqəsi.

– Vasitəli tamamlıqlar.

-Vasitəsiz tamamlıqlar.

-Tamamlıq və idarə əlaqəsi.

– Təyin və yanaşma əlaqəsi.

– Zərfliklə xəbər arasında yanaşma və idarə əlaqəsi.

-Həmcins və qeyri-həmcins təyinlər.

– Sitat.

2019-cu ildə təkmilləşdirilərək,  nəşr edilmiş “Русский язык” və “English”  dərsliklərində yalnız  redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Həmçinin, 2019-cu ildə təkmilləşdirilərək,  nəşr edilmiş “Riyaziyyat” dərsliklərində yalnız  redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Qeyd edək ki, 11 illik tam orta təhsil bazasında buraxılış imtahanı ali təhsil müəssisələrinə, eləcə də kolleclərə qəbulun birinci mərhələsidir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024