2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olub.
aranxeber.com Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalıb.
2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…