“Bizdə məktəb hələ də kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır”
aranxeber.com azedu.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin aparatının əməkdaşları, yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Təhsildə keyfiyyətin təminatı”na dair müşavirədə Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib.
O, orta ümumtəhsil müəssisələrinin bu şəkildə rəsmiləşməsində hər hansı fayda görmədiyini bildirib:
“Bizdə hələ də məktəb kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır. Lazım gəlsə, müəllim şagirdin öyrənməsi üçün hər şey etməlidir. Onun gözəl geyinib özünü məmur, siyasətçi kimi aparmasında heç bir fayda yoxdur. Fikrimcə bu, direktor və Rayon Təhsil Şöbələrinin müdirlərinə də aiddir. Bölgələrdə olanda da bunun şahidi oluram, rəsmiyyət, formallıq həddən artıq çoxdur. Bunun nə həmin şəxslərə, nə onlarla ünsiyyətdə olanlara, nə də təhsilin keyfiyyətinə heç bir faydası yoxdur. Sadəcə bu cür qəbul olunub: “Belə etməsək, ayıb olar”. Məncə bu, ayıb deyil. Amma rəqəmlərdə üz – üzə qalmaq daha ayıb reallıqdır”.
Emin Əmrullayev təhsildə keyfiyyət təminatından bəhs edərkən aşağıdakı məsələlərə toxunub:
“Nə istəyirik? Bunun üçün bizə hansı alətlər lazımdır? Bunlar çox əsasdır. Vasitələr həmin hədəflərə uyğun seçilib, düzgün, yerində istifadə edilsə, əminəm ki, nəticə verəcək. Çünki burada mürəkkəb bir problem yoxdur. Bunun üçün böyük bir bacarıq da tələb olunmur. Sadəcə istək və düzgün yanaşma kifayətdir”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…