Kateqoriyalar: BaşSosial

33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı sosial şəbəkələrdə yayılan görüntülərə də xüsusi diqqət yetirmişik. Bu görüntülər şikayətçilər tərəfindən də bizə disk formasında təqdim olunub.

Araşdırmalar nəticəsində məlum olub ki, 33 saylı Seçki Dairəsində qanun pozuntuları baş verib, səsvermənin gedişində qanunvericiliyin tələblərinə uyğun olmayan addımlar atılıb. Mübahisələndirilən 17 məntəqə üzrə pozuntular təsdiqini tapıb, Mərkəzi Seçki Komissiyasının protokollarına da baxılıb və əlavə 4 məntəqədə də pozuntular aşkar olunub. Ümumi 21 məntəqədə qanun pozuntuları aşkar edilib”.

Məsələ müzakirəyə çıxarılıb, 33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olunub.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan olunmuşdu.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024