Kateqoriyalar: BaşSosial

İşçiləri təcili yardım maşını ilə səsverməyə göndərən baş həkimə şiddətli töhmət verilib

Kürdəmir Rayon Xəstəxanasının baş həkimi Eynulla Novruzov seçki günü işçiləri təcili yardım maşını ilə səsverməyə göndərdiyinə görə cəzalandırılıb.

aranxeber.com xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA-ya verilən xəbərə görə, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb: “O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə işçiləri səsverməyə aparmaq üçün təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib. Eynulla Novruzova bu hərəkətinə görə şiddətli töhmət verilib”.

Sosial şəbəkələrdə 57 saylı Kürdəmir seçki dairəsinə aid seçicilərin təcili yardım maşını ilə səsverməyə aparılmasına dair görüntülər yayılıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024