Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb.
aranxeber.com xəbər verir ki, BDYPİ-nin şöbə rəisi polkovnik Kamran Əliyev bildirib ki, hazırda Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Qazax yolunda hərəkət bərpa edilib və avtomobillərin hərəkəti normaldır:
“Bu yollarda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. Lakin Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının ərazisində güclü qar yağır. Hətta texnika yolu təmizləyib geri qayıdanda yenidən yolun qarla örtüldüyü halları müşahidə edilir. Bu baxımdan Baş Dövlət Yol Polis İdarəsi sürücülərə tövsiyə edir ki, qış təkərləri olmayan və texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə yola çıxmasınlar”.
K.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələri DYP-nin stasionar postlarında saxlanılır:
“Yol polisi nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə bu cür təhlükəli yollarda hərəkət etməyə icazə vermir. Avtomobili saz vəziyyətdə, təkərləri qaydasında olan sürücülər arasında da təcrübəsinə güvənməyən və ehtiyat edənlər olarsa, yol polisinin postlarında avtomobilini saxlayıb, yolda hərəkətin bərpa edilməsini gözləyə bilərlər. Yaxud bir az istirahət edib, geri qayıda bilərlər.
Ümumiyyətlə, təcrübəli sürücülərlə yanaşı, bəzən təcrübəsi az olan, qarlı havada, buzlu yollarda avtomobillə hərəkət etmək istəməyənlər də olur. Onlar belə hava şəraitində həyəcan keçirir və avtomobili normal idarə edə bilmirlər. Bu şürücülərə tövsiyəmiz odur ki, belə havalarda yola çıxmasınlar. Yaxud hər hansı problemlə üzləşəndə yol polisi postuna müraciət etsinlər”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…