Dövlət İmtahan Mərkəzi yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi, Qabiliyyət imtahanları üzrə sektora müqavilə əsasında işçi qəbulu elan edib.
aranxeber.com xəbər verir ki, DİM-dən verilən məlumata görə, Mərkəz xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə müqavilə əsasında işçi qəbulu elan edir:
Namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:
Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;
Azərbaycan və rus dillərini bilmək;
Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;
Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;
Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;
Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.
İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Maraqlanan şəxslər CV formasını tam şəkildə dolduraraq fevralın 10-dək qabiliyyet@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…