Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik olaraq qalır.
Hazırda komada olan İ.Həmidovun Mərkəzi Klinik Xəstəxanadan başqa xəstəxanaya köçürülməsi üçün danışıqlar aparılır.
aranxeber.com “Lent.az”a istinadən xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat verib.
A.Qeybulla köçürülmənin səbəbinin maliyyə məsələləri ilə bağlı olduğunu, xəstəxananın xərclərinin ödənilməsində çətinlik çəkildiyini bildirib.
Qeyd edək ki, tanınmış jurnalist Əvəz Zeynallı da İ.Həmidovla bağlı sosial şəbəkədə status paylaşıb: “Hazırda Mərkəzi Klinik Xəstəxanadyıq İ.Həmidov «City Hospital»a köçürülür. Onun vəziyyəti ağır olaraq qalır. Həkimlərlə görüşdüm, ətraflı məlumat aldım. Yanına – reanimasiyaya girdim, süni nəfəs aparatına qoşulub. Komadadır. Yalnız nəfəs ala bilir. İsgəndər Həmidovun vəziyyəti dostlarını üzəcək haldadır. Oğlu Məcidlə söhbətləşdik. Bu dəqiqələrdə İsgəndər bəyi Mərkəzi Klinik Xəstəxanadan çıxarıb “City” hospitala aparırlar. Artıq “City” hospitalın ambulansı gəlib. Dualarımız İsgəndər Həmidovla olsun”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…