Azərbaycanda və eləcə də digər ölkələrdə sürücülərin ən çox pozduğu yol hərəkəti qaydaları arasında kəmər bağlamamaq və telefonla danışmaq kimi qayda pozuntuları da yer alır.
aranxeber.com Yeniavaz.com -a istinadən xəbər verir ki, qeyd olunan qayda pozuntularını törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələnirlər.
Məcəllənin 342.6. maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə – əlli manat məbləğində cərimə edilir. Məcəllənin 329.1. maddəsinə görə isə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə – qırx manat məbləğində cərimə edilir.
Maraqlıdır ki, region ölkələrində kəmər bağlamamaq və telefonla danışmaq kimi qayda pozuntularına tətbiq edilən cərimələr Azərbaycanla müqayisədə aşağıdır.
| Ölkələr | Kəmər bağlamamağın cəriməsi | Telefonu əldə tutaraq danışmağın cəriməsi |
| Azərbaycan | 21 € (40 manat) | 27 € (50 manat) |
| Rusiya | 14 € (1000 rubl) | 21 € (1500 rubl) |
| Ermənistan | 9 € (5 000 dram) | 6 € (3 000 dram) |
| Gürcüstan | 13 € (40 lari) | 9 € (30 lari) |
| Türkiyə | 16 € (108 lari) | 16 € (108 lari) |
| Ukrayna | 2 € (51 qrivna) | 15 € (425 qrivna) |
| Belarus | 11 € (27 rubl) | 23 € (52 rubl) |
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…