Dövlət İmtahan Mərkəzi (DİM) Saatlı rayonunda seminar keçirib
aranxeber.com xəbər verir ki, yanvarın 31-də Dövlət İmtahan Mərkəzi Saatlı rayonunda seminar keçirib. Gənclər Mərkəzində keçirilən seminarda ətraf rayonların müəllimləri, o cümlədən İmişli rayonunda çalışan 20 nəfər müəllim və Təhsil şöbəsinin əməkdaşları iştirak edib.
Seminarda iştirak edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə geniş məruzə ilə çıxış edib. O, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələri və yeni nəşrlər haqqında məlumat verib. DİM rəhbəri buraxılış imtahanlarının (9-cu siniflər üzrə) rayonlar üzrə nəticələrini geniş şəkildə təhlil edib.
Daha sonra bölmə (fənn) iclaslarına ayrılan müəllimlər test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumatlandırılıblar.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…