aranxeber.com xəbər verir ki, AzEdu.az mütəmadi olaraq direktor, müəllim, şagird və digərlərini maraqlandıran sualları cavablayır. Müəllimlərdən gələn suallardan biri də məzuniyyət və bülleten üçün nəzərdə tutulan ödənnişlərlə bağlıdır.
Sual: Məzuniyyət pulumu alaraq məzuniyyətə çıxmışam. Məzuniyyət müddətində xəstələnərək xəstəxanada qalmalı oldum. Bülleten pulunu da ala bilərəmmi? Bu pul sonradan onun maaşımdan çıxılmalıdır?
Cavab: Bu kimi məsələlər Əmək Məcəlləsinin 141-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə deyilir:
“…Əmək müqaviləsində və ya büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması üçün müəyyən sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulubsa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilməlidir.
Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir…”
Əmək Məcəlləsi qanunvericiliklə müəyyənləşmiş qaydada Azərbaycanın müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda tətbiq olunduğuna görə, eyni qərar müəllimlərə də şamil edilir.
Yəni, məzuniyyət zamanı səhhətinə görə müalicə alan müəllim məzuniyyət pulundan əlavə sosial ödənişdən də yararlana bilər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…