Kateqoriyalar: Hadisə

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib.

Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və  sərnişinlər – Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

***

saat 13.54

Bu gün Beyləqan rayonu ərazisində “QAZ” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024