Kateqoriyalar: BaşKriminalRegion

Qətlə yetirilən Fatimə haqda bəzi faktlar məlum olub

20 gün öncə toyu olan və dünən 19 yaşlı əri İman Məmmədovun boğaraq öldürdüyü 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı əlavə məlumatlar ortaya çıxıb.

aranxeber.com Cenubxeberleri.com-a istinadən xəbər verir ki, Fatimənin atası İbrət Qəmbərov onun anası ilə rəsmi nikah olmadan bir yerdə yaşayıb və bir il sonra ayrılıblar. Atasının Fatiməgildən əvvəl başqa ailəsi olub. Anası sonra 2-ci dəfə ailə həyatı qurub Bakıya köçsə də, Fatimə Həsənli kənddə nənəsi ilə yaşayıb.

2019-cu ilin oktyabrında anası Fatimənin məktəbdən çıxarılması üçün təkid edib və onu Rusiyada yaşayan babasının yanına aparacağını bildirib. 2019-cu il noyabrın 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq məktəbdən azad edilib. Bundan əvvəl isə ailə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı məktəbdən alıb.

İki ay sonra, yəni yanvarın 5-də Masallıda şadlıq saraylarının birində onun üçün qız toyu olub, yanvarın 10-da İman üçün Çaxırlı kəndindəki “Möcüzə” şadlıq sarayında toy edilib və Fatimə Xoşçobanlı kəndinə gəlin köçüb.

19 yaşlı İman isə boyu balaca olduğu üçün hərbi xidmətə getməyib, Sumqayıt şəhərində kolleclərin birində əyani təhsil alırmış. Onun özündən balaca iki bacısı da var. Atası hadisə baş verən gün Sumqayıta gedərək oğlunun ailəsi üçün kirayə ev axtarırmış.

Fatimə Qəmbərova bu gün dəfn olunacaq.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024