“Google” şirkəti hüquq-mühafizə orqanları və digər dövlət idarələri üçün məhkəmə qərarı əsasında istifadəçi məlumatlarının açıqlanmasını pullu edib.
aranxeber.com Lent.az-a istinadən xəbər verir ki, şirkətin ABŞ-ın müxtəlif hüquq-mühafizə orqanlarına ünvanlanan məktubuna görə, məlumatların açıqlanmasının qiyməti sorğunun növündən asılı olaraq 45-245 dollar təşkil edə bilər. Şirkət nümayəndələrinin sözlərinə görə, ödənişin tutulması ilə bağlı qərar “Google”un istifadəçilər haqqında sorğuların emalı xərclərinin kompensasiyası üçün qəbul edilib. Onlar, həmçinin əlavə edib ki, qanun keşikçiləri ilə ödəniş əsasında əməkdaşlıq ABŞ-ın federal qanunvericiliyi ilə ziddiyyət təşkil etmir.
Şirkətin hesabatlarına görə, 2019-cu ilin birinci yarısında “Google” dünyanın müxtəlif ölkələrinin hüquq-mühafizə orqanlarından ümumilikdə 75 mindən çox sorğu alıb. Sorğular əsasən 165 min hesab məlumatına aid olub. Bütün sorğuların 3/1 hissəsi isə ABŞ-ın payına düşüb.
Bildirilir ki, “Google” bir sıra hallarda sorğuların emalı üçün ödəniş tələb etməyəcək. Bu istisna uşaqların təhlükəsizliyi ilə bağlı işlərə, eləcə də həyat üçün təhlükə törədən hallara aid olacaq.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…