Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın yayılma ocağı olan Hubey əyalətinin paytaxtı Uhan şəhərinin meri Jou Sianvanq əhali qarşısında günahkar olduğunu etiraf edərək istefa verməyi düşünür.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə şəhərin rəhbəri Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib.
“Əgər bununla virusun yayılmasını əngəlləmək mümkündürsə, mən istefa verərək beləcə üzrxahlığımı çatdırmaq istərdim”, – deyən mer şəhərdə qapalı rejim tətbiqinin sərt qərar olduğunu da qeyd edib: “Əhalisi 10 milyondan artıq olan bir şəhərə dair belə bir addım bəşər tarixində ilk dəfədir atılıb. Biz virusun yayılmasına mane olmaq üçün şəhərdə giriş-çıxışı bağladıq, bununla, bəlkə də, tarixdə xoşagəlməz ad çıxarmışıq. Mövcud təhlükənin nə qədər ciddi olacağını təxmin edə bilmədiyimizə görə şəhərə girişləri bağlamaq məcburiyyətində qaldıq”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…