Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
aranxeber.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Qəza zamanı ağır xəsarət almış yaralı xəstəxanada dünyasını dəyişib.
Qəza zamanı həlak olanlar 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanovdur
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…