Kateqoriyalar: Region

Saatlının 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov son illər kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Rayonun kəndlərində icra olunan su layihələri də qısa müddətdə yekunlaşıb və kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin ediliblər”.

Qeyd edək ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini – Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini  əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Kür sutəmizləyici qurğuları – Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 km olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox  sakini faydalanıb.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024