Balakəndə iki azyaşlı qaynar suda yanıb.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, yanvarın 24-ü axşam saatlarında rayonun Meşəşanbul kənd sakini, 2017-ci il təvəllüdlü Fatimə Sədrəddin qızı Koxayeva və Püştətala kənd sakini, 2017-ci il təvəllüdlü Şamil Musa oğlu Dikanayev yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı hər iki azyaşlının öz yaşadıqları ünvanda qaynar su olan qazana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub.
F. Koxayevaya 1-2 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
Ş. Dikanayev isə 2-3 A dərəcəli termiki yanıq xəsarəti diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…