Sabirabad sakininə hədə-qorxu gələn şəxs saxlanılıb.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, Sabirabad şəhər sakini olan qadın polisə müraciətində 2019-cu ilin avqust ayında Saatlı rayon sakini F.Məhərrəmovun zəng edib onun və qohumlarının şəkillərini əldə etdiyini, sosial şəbəkədə yerləşdirib barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan 3800 manat və 2000 manat dəyərində qızıl boyunbağısını aldığını, sentyabrın 18-də isə onun yaşadığı evə gələrək azyaşlı oğlunun boğazına bıçaq tutaraq polisə verdiyi şikayət ərizəsini geri götürməsini və bu məsələnin həll edilməsi üçün yenidən 5000 manat verməsini tələb etdiyini bildirib.
Lakin bu zaman səs-küy yarandığından F.Məhərrəmov hadisə yerini tərk edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov saxlanıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…