Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb.
BNA-nın mətbuat katibi Mais Ağayev APA-nın sorğusuna cavabında bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir: “Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameraların olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunaziddi əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib.
V.Əsədov həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimə məbləği 500 manatdır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…