Kateqoriyalar: BaşHadisəRegion

Azərbaycanda silahlı insidentə görə daha 2 nəfər tutuldu

Mingəçevirdə baş vermiş silahlı insidentə görə daha 2 nəfər həbs edilib.

aranxeber.com Lent.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq zamanı həmin gün saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar da müəyyən edilib.

Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətdikləri xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımovun bilərəkdən gizlətməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024