2019-2020-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci – rayon mərhələsinin nəticələri məlum olub.
aranxeber.com xəbər verir ki, nəticələrə əsasən, İmişli rayonu ümumi təhsil məktəbləri üzrə birinci mərhələdə iştirak etmiş 436 nəfər şagirddən 36 nəfəri olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.
Belə ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 6, riyaziyyat fənni üzrə 7, fizika fənni üzrə 2, kimya fənni üzrə 5, biologiya fənni üzrə 8, tarix fənni üzrə 7 və coğrafiya fənni üzrə 4 şagird uğur əldə edib.
Xatırladaq ki, bütün fənlər və siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə 10-cu sinif şagirdləri üçün isə 30 faiz və daha yuxarı) nəticə göstərmiş şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar.
Fənn olimpiadalarının birinci mərhələsində iştirak etmiş şagirdlərin nəticələri təhsil aldıqları məktəblərə göndəriləcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…