Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə deyib.
Onun sözlərinə görə, ümumilikdə ət kəsimi ilə bağlı Agentlik özəl sektora dəfələrlə müraciət ünvanlayıb ki, onlar daha fəal olsunlar və bu sahəyə investisiya yatırsınlar.
“Çünki əsas problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır. Ət kəsimi məntəqələri standartlara uyğun olsa, kəsim standartlara uyğun olsa, laboratoriyadan keçsə artıq digər sahələrdə bu problem olmayacaq. Ona görə biz qərara gəldik ki, Agentliyin nəzdində fəaliyyət göstərən Qida təhlükəsizliyi institutu MMC tərəfindən 40 ədəd standartlara uyğun et kəsimi məntəqələr yaratsın və özəl sektora təhvil versin. Bu ildən artıq bir neçə müəssisə açılacaq”,- deyə R. Rüstəmzadə qeyd edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…