Kateqoriyalar: BaşÖlkəSosialTəhsil

Ali məktəblərə yaz və yay qəbul imtahanlarının vaxtı açıqlanıb – CƏDVƏL

2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək. 

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcək.

XI siniflər üzrə buraxılış imtahanları  5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.

İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

2020-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların tarixləri

TədbirTarix (2020-ci il)
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı
İMTAHAN26 yanvar
Sınaq imtahanı18 yanvar
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu
QƏBUL İMTAHANI23 fevral
Sınaq imtahanı2 fevral
Rezidenturaya qəbul
QƏBUL İMTAHANI – 1-ci mərhələ19 aprel
QƏBUL İMTAHANI – 2-ci mərhələ17 iyul
Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı
1-ci imtahan3 may
2-ci imtahan31 may
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı16 fevral
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə26 aprel
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı26 aprel
Ali təhsil müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilinməzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı 26 aprel
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı)11 may
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı)17 may
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı)28 iyun
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yayimtahanı)10 iyul
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasınaqəbul imtahanı19 iyul
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbəqəbulu
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)29 mart
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ)29 mart
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı(I mərhələ) 29 mart
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları)5 iyul
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (II mərhələ)5 iyul
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cariilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (II mərhələ) 5 iyul
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün)26 aprel
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı26 aprel
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsilaldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı26 aprel
Buraxılış imtahanları
İlk peşə-ixtisas təhsili müəssisələri16 fevral
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycandili imtahanı17 fevral
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət1 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət9 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət15 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternatqaydasında imtahan verənlər üçün)29 mart
Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycandilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı 3 may
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət7 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət14 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət21 iyun
Ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)5 iyul
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət5 aprel
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət12 aprel
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət19 aprel
Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün) 26 aprel
Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı3 may
Buraxılış,II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)6 sentyabr
Dövlət qulluğuna qəbul
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar26 yanvar, 16 fevral, 15 mart, 12 aprel, 3 may, 21 iyun, 19 iyul, 16 avqust, 27 sentyabr, 25 oktyabr, 22 noyabr, 20 dekabr
Elektron sınaq imtahanları17, 22, 29 yanvar
Vəkillər Kollegiyasına üzv olmaq üçün elektron imtahan 31 yanvar
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024