Kateqoriyalar: BaşİqtisadiyyatRegion

İmişlidə 500 fəhlə işdən qovuldu

İmişli Şəkər Zavodunun 500 fəhləsi işdən qovulub.

aranxeber.com xəbər verir ki, bu barədə zavodun fəhlələri məlumat verib. Onların sözlərinə görə, fəhlələrin işdən çıxarılmasına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır:

“Hazırda zavod işləyir. Zavodun heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir. Etiraz səsimizi qaldırdıq. Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, “məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız”. Amma dekabr ayında da hadasa 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt da fəhlələrə “işə qayıdacaqsınız” vədini verdilər. Hələ həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu. İndi məsələyə İmişli İcra Hakimiyyətinin başçısı qarışıb. Başçı məsələ ilə bağlı Bakıya gedib”.

Məsələ ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Təranə Cabbarova İmişli Şəkər Zavodunda baş verənlərdən xəbərsiz olduğunu dedi:

“Məlumatım yoxdur. Birinci müavin Səfa Ağayevlə əlaqə saxlayıb sizə məlumat verərəm”. Yarım saatdan sonra Təranə Cabbarova redaksiyamıza yenidən zəng edərək bunları dedi:

“Birinci müavin Səfa müəllim dedi ki, belə bir şey yoxdur”. (qaynarinfo)

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024