Kateqoriyalar: BaşRegionTəhsil

İmişli rayonunda 9-cu sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

İmişli rayonun ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada sınaq imtahanları keçirilib.

aranxeber.com xəbər verir ki, İmişli rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə 19 yanvar tarixdə təşkil edilən imtahan beş mərkəzdə: şəhər 2 və 8 saylı, Qaralar (N.Abışov adına), Məzrəli və Şahverdili kənd tam orta məktəblərində keçirilib. İmtahanda rayon üzrə təhsil alan 1284 nəfər şagirddən 1156 nəfər iştirak edib.

İmtahan zamanı şagirdlər Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis, rus və fransız dili) fənləri üzrə qapalı 90 test sualını cavablandırıblar.

Sınaq imtahanının keçirilməsində başlıca məqsəd 9-cu sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq, onlarda məsuliyyəti və ümumən keyfiyyət səviyyəsini artırmaqdır. Bununla yanaşı, sınaq imtahanının nəticələrinin sonrakı mərhələdə görüləcək işlərdə nəzərə alınacağı da planlaşdırılır.

İmişli rayon Təhsil Şöbəsindən verilən məlumata görə, həlledici mərhələyə daha yaxşı hazırlaşmaq üçün bu tipli imtahanların aparılmasının davamlı olması nəzərdə tutulur.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024