Kateqoriyalar: Sosial

Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.

aranxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, nazir müavini Anar Kərimov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin və b. iştirak etdiyi tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsindən artıq 30 il ötdüyünü qeyd edən A.Kərimov bildirib ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

A.Kərimov qeyd edib ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyevin böyük cəsarət hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olub.

Ulu öndərin təşəbbüs və tapşırığı ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarla 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Nazir müavini diqqətə çatdırıb ki, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri sırasında, 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzillə, 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Qeyd olunub ki,20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezidentin təqaüdü ilə, 20 Yanvar əlilləri əliliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib.

Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

H.Babaoğlu və S.Əzimzadə, 20 Yanvar faciəsinin şahidlərindən biri Mübariz İsmayılov çıxış edərək, 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs ediblər.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024