Kateqoriyalar: BaşİqtisadiyyatÖlkə

“Veysəloğlu” işçi axtarır – VAKANSİYA

aranxeber.com fed.az-a istinadən xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu Şirkətlərindən birinə Daxili Auditor vakansiyasını elan edir.

İş təcrübəsi: Audit və/və ya mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi

Təhsil: Ali iqtisadi təhsil

İşin təsviri:

Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərin inkişafına dair tövsiyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılması ilə bağlı tövsiyələr vermək.

Vəzifə öhdəlikləri:

– Audit planları və audit proqramlarının tərtib edilməsində, onların icrasında və hesabatların tərtib edilməsində iştirak;
– Yoxlamalarının aparılması zamanı audit proqramını icra etmək və audit hesabatının tərtib edilməsində iştirak etmək;
– Yoxlamalar nəticəsində siyasətlər, prosedurlar, standartlar və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəyin bildirilməsində iştirak etmək;

– Kənar audit proseslərinə dəstəyin göstərilməsi;
– Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması;
– Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;

Tələblər:

– İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit sahəsində bakalavr/magistr təhsili;
– Satış, istehsalat və ya tikinti sektorlarında audit və/və ya maliyyə nəzarəti təcrübəsi;
– Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;

– Azərbaycan dilində səlis yazmaq bacarığı;
– İngilis və rus dili biliyi arzuolunandır;
– Dürüstlük, obyektivlik, intizamlılıq və təşəbbüskarlıq;
– Yüksək ünsiyyət qurmaq və danışıq aparmaq qabiliyyətləri;
– Vəziyyəti obyektiv dəyərləndirmə və faktları hesabatda aydın bildirmə bacarığı;
– Regionlara mütəmadi olaraq səfərlər həyata keçirməyə hazır olmaq;
– Logo Tiger və Mikro ERP proqramlarından istifadə bacarığı arzuolunandır;

Əmək haqqı:  Namizədin təcrübəsinə uyğun olaraq bazar şərtlərinə uyğun əmək haqqı təklif olunacaqdır.

Təminatlar:

– Müəyyən olunmuş məntəqələrdən iş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları:

Komandamızın üzvü olmağı arzu edən namizədlərdən CV-lərini career@veyseloglu.az elektron poçt ünvanına mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə göndərməsi xahiş olunur.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024