Kateqoriyalar: BaşİqtisadiyyatÖlkə

Əkin subsidiyasının məbləğinin müəyyənləşdirilməsi proseduru açıqlanıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı proses davam edir. Hazırda fermerlərin sistemə daxil etdiyi torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır.

aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib.

Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlamaya mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraciət edə, yaxud DAİM-lərə gəlib təklif və ya şikayətini təqdim edə bilər.

Qeyd edək ki, yoxlamalar – sənədlər əsas götürülməklə: a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma, b) peyk yoxlaması, c) aidiyyəti orqanlara sorğuların göndərilməsi, d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək. Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazisində əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni Qaydaya uyğun tədbirlər görüləcəkdir.

Çoxillik əkmələrlə bağlı edilən bəyanlara uyğun olaraq hesablamaların, yoxlamaların aparılması və optimal müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib. Hər bir fermer üçün sənədlərini təqdim etdiyi torpaq sahələrində əkdiyi və bəyan etdiyi bitki növü üzrə baza məbləğinə əmsal tətbiq edilməklə əkin subsidiyası hesablanır.

Əkin subsidiyası veriləcək bitkilər üzrə əmsallar barədə artıq Aqrar Subsidiya Şurası tərəfindən qərar qəbul edilərək ictimaiyyətə elan edilib (http://akia.gov.az/az/single/36). Fermerlər bu subsidiya məbləğini 2019-cu ildən onların istifadəsinə verilən kalkulyator http://akia.gov.az/az/calc/ vasitəsilə öyrənə bilirlər.

Nəzərə alınmalıdır ki, pambıq, tütün, fındıq, çəltik, çay bitkilərinin istehsalı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən rayonlar üzrə dəstəklənir. Burada məqsəd qeyd edilən bitkilərin yüksək məhsuldarlıq əldə edilən və ya edilə biləcək rayonlar üzrə istehsalının dəstəklənməsidir.

Xatırladaq ki, əkin subsidiyası üzrə növbəti yenilik damcı suvarma sistemi ilə təmin olunmuş yeni intensiv meyvə bağlarına daha yüksək əmsalla (2-4 arası) dəstəyin müəyyən edilməsi və bu dəstəyin ilk 4-5 il ərzində davam etməsidir. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

Əkin subsidiyası üzrə xidmətin reqlamenti https://www.dxr.az/xidmet/6E6B75BE-5ADF-47F7-A327-BA0F02653E16/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024