Kateqoriyalar: BaşHadisəRegion

Nadir heyvanı ovlayanlar ələ keçdi – Qanunsuz silahlarla bir yerdə

Daşkəsəndə qanunsuz ov edən şəxslər saxlanılıb.

Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib

aranxeber.com “Sputnik”ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə 6 nəfər saxlanılıb.

Araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib. Onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb. Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024