Kateqoriyalar: BaşİqtisadiyyatRegion

Gəncədə “Sampo-Roselew” markalı kombaynlar yığılacaq

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib. 

Onun sözlərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə “Sampo-Roselew” markalı kombaynlar yığılacaq. Bu ilin mart ayının əvvəlində yığım xəttinin istifadəyə verilməsi nəzərdə tutulub. 

“Bildiyiniz kimi “Sampo” firmasının müxtəlif model kombaynları Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində bu kombaynlar yüksək texniki göstəriciləri ilə yerli fermerlərin istifadəsindədir və rəğbətlə qarşılanır. “Gəncə Avtomobil Zavodu” “Sampo” kombaynlarının yığılması ilə bərabər onun Azərbaycan bazarında satışını, eləcə də satışdan sonrakı xidmətlərini həyata keçirəcək. Kombaynların həm də yaxın ölkələrə ixracı planlaşdırır”, –  deyə X.Fətiyev əlavə edib. Onun sözlərinə görə, ixracla bağlı həm İB-nin  marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib. “Biz “Sampo” şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş “Caspian Agro” 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və böyük marağa səbəb olub. Biz “Sampo” kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq”, – X.Fətiyev bildirib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024