Azərbaycanda yivli odlu silah əldə etmə, saxlama ilə bağlı konkrekt qanun var ki, bu da həmin silahlardan istifadəni qadağan edir.
aranxeber.com ARB TV-yə istinadən xəbər verir ki, qdlu silah əldə etmə, saxlama imtiyazı millət vəkillərinə də şamil edilir. Toxunulmazıq hüquqlu olan parlamentarilər güc sturukturlarına müaricət edərək, tabelli silah əldə edə bilərlər.
Sabiq Polis Rəisi Mahmud Hacıyev bildirib ki, deputatlara ağır odlu silah verilməyəcək:
“Tapança olacaq. Bundan istifadə olunma, saxlanma qaydaları var. Bu da müəyyən qanunlara hüquqi əsaslarla müəyyən edilir. Dünyanın bir çox silvil dövlətlərində odlu silah açıq satışdadır.
Əgər yüksək nəzarət qaydasında, yüksək qanunların icrası altında satışı olsa, bu cinayətlərin artımına çox təsir edən deyil. Bunun satışı o demək deyil ki, hamı gedib silah alsın. Əqli və fiziki cəhətdən sağlam adamlar bunu əldə edəcək”.
Silah əldə etmə və gəzdirmə ilə bağlı qaydalara əsəsən, belə silahlar sökülü və yarım sökülü halda gəzdirilə bilər. Buna kimi isə, bir çox rəsmi sənədləşmə işləri mövcuddur.
Hüquqşünas Şamil Paşayev qeyd edib ki, məhdud fəaliyyət qabiliyyətli, fəaliyyət qabiliyyəti olmayan, narkomaniya, taksokamaniyadan əziyyət çəkən şəxslər, odlu silahla bağlı məhkumluğu olan şəxslərə, onlarla eyni evdə yaşayan şəxslərə bu silahların satılması qadağandır.
Xatırladaq ki, indi qanunvericiliyə görə, Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, saxlama, daşıma və ya gəzdirməyə görə, 3 ilədək həbs cəzası müəyyən edilib. Həmin silaha, onun hissələrinə sahib olan şəxs könüllü şəkildə ondan imtina etsə, heç bir məsuliyyət daşımır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…