Kateqoriyalar: BaşSosial

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət – EDƏ BİLƏRLƏR

İsveçrənin “Henley&Partners” şirkəti dünya ölkələrinin pasportlarının yeni reytinqini açıqlayıb.

aranxeber.com  fed.az-a istinadən xəbər verir ki, siyahıya Yaponiya liderlik edir. Belə ki, Yaponiya pasportu daşıyan insanlar dünyanın 191 ölkəsinə vizasız səyahət etmək imkanına malikdirlər. Reytinqdə ikinci yeri Sinqapur (190 ölkə), üçüncü Almaniya və Cənubi Koreya Respublikası (189 ölkə) tutublar. İlk onluqda Finlandiya (188 ölkə), İtaliya (188 ölkə), Danimarka (187 ölkə), İspaniya (187 ölkə), Lüksemburq (187 ölkə), İsveç (186 ölkə), Fransa (186 ölkə), İsveçrə (185 ölkə), Portuqaliya (185 ölkə), Niderland (185 ölkə), İrlandiya (185 ölkə), Avstriya (185 ölkə), ABŞ (184 ölkə), Böyük Britaniya (184 ölkə), Norveç (184 ölkə), Yunanıstan (184 ölkə), Belçika (184 ölkə), Yeni Zelandiya (183 ölkə), Malta (183 ölkə), Çexiya (183 ölkə), Kanada (183 ölkə), Avstraliya (183 ölkə), Slovakiya (181 ölkə), Litva (181 ölkə) və Macarıstan (181 ölkə) qərarlaşıblar.

Azərbaycan isə siyahıda Filippinlə birlikdə 76 yeri tutub. Azərbaycan pasportunu daşıyan vətəndaşlar dünyanın 67 ölkəsinə vizasız səyahət edə bilərlər.Gürcüstan siyahıda 53-cü (116 ölkə), Türkiyə 55-ci (111 ölkə), Rusiya 51-ci (118 ölkə), Ermənistan isə 81-ci (62 ölkə) yerdə qərarlaşıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024