Kateqoriyalar: BaşSosial

MSK Mehman Hüseynovun şikayətini qismən təmin edib

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloger Mehman Hüseynovun şikayətinə baxılıb.

aranxeber.com APA-ya istinadla xəbər verir ki, iclasda səsvermə günü 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib, səsvermə günü həmin məntəqələrdə lentə alınaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.

MSK nəzdində Ekspert qrupunun araşdırması zamanı müraciətdə qeyd olunanlar qismən təsdiqini tapıb. Buna görə də MSK 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin  24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunması ilə barədə qərar qəbul edib. Eyni zamanda həmin məntəqələrin məntəqə seçki komissiyaları buraxılıb.

Qeyd edək ki, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.

Etiketlər: Mehman HüseynovMSK
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024