Kateqoriyalar: Başİqtisadiyyat

Azərbaycandan xaricə -970 milyon dollar kapital çıxarılıb

Azərbaycandan 2019-cu ilin iyun-sentyabr ayları ərzində kapital axını 970 mln. ABŞ dolları təşkil edib ki, bu da son illərin rüb üzrə götürsək ən böyük rəqəmi olması deməkdir.

aranxeber.com banker.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı açıqlayıb.

Cari ilin I rübü ərzində kapital axının həcmi $741 milyon, II rübü ərzində $655 milyon və qeyd etdiyimiz kimi son III rübü ərzində $970 milyonluq kapital axını baş vermişdir. Ötən ilin eyni rübü ilə müqayisədə həcmi 41,19 faiz artması deməkdir.

Cari ilin 3 rübü (yanvar-sentyabr) ərzində isə ölkədən 2 milyard 366 milyon ABŞ dolları həcmində kapital çıxarılıb. Lakin illik müqayisədə 1,4 faiz azalma olmasıdır – ötən ilin 3 rübü ərzində bu rəqəm 2 milyard 400 milyon ABŞ dolları təşkil edirdi.

Hesabat dövründə Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların həcmi isə 946 mln. manat təşkil etmişdir ki, ilin ilk 9 ayı ərzində 2 milyard 970 milyon ABŞ dolları olması deməkdir.

Kapital axını (The Internatıonal Flows of Goods and Capıtal) – Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə.

Etiketlər: dollar
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024