Kateqoriyalar: BaşKriminalÖlkə

Azərbaycanda qadınlar daha çox hansı cinayətləri törədib?

Azərbaycanda qadınlar daha çox dələduzluq, oğurluq kimi cinayət əməlləri törədirlər.

aranxeber.com Trend-ə istinadən xəbər verir ki, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib.

Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi cinayət əməli törətdiyi halda, 2018-ci ildə onların sayı 135-ə yüksəlib.

Bundan başqa, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan qadınların da sayı çoxalıb. 2010-cu ildə 4, 2018-ci ildə isə 40 qadın bu cür cinayət əməli törədib.

Ötən müddətdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları azalıb. 2010-cu ildə narkotik vasitələrin təsiri ilə 186, 2018-ci ildə 43 qadın cinayət törədib. 2010-cu ildə 122 qadın xuliqanlıq törətdiyi halda, 2018-ci ildə onların sayı azalaraq 45-ə enib.

Ümumilikdə cinayət törədən qadınların sayına gəldikdə, Azərbaycanda 2018-ci ildə cinayət törətmiş qadınların sayı əvvəlki illə müqayisədə artıb. 2018-ci ildə ölkədə 1 022 qadın cinayət törədib ki, bu göstərici 2017-ci ildə 963 olub.

Cinayət törətmiş qadınların sayı 2005 və 2010-cu illərdə daha yüksək olub.

2000-ci ildə cinayət törətmiş qadınların sayı 1 180 olduğu halda, 2005-ci ildə onların sayı daha da çoxalaraq 2 520-ə yüksəlib.

2010-cu ildə cinayət törədən qadınların sayı 2005-ci illə müqayisədə nisbətən azalsa da, göstərici yenə yüksək olub. Həmin ildə 2 318 qadın cinayət törədib.

2015-ci ildə cinayət törədən qadınların sayı 1 128-ə, 2016-cı ildə 1 036-a enib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024