Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı dörd vəzifəli şəxsi işdən çıxarıb.
aranxeber.com unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Asif Ağayevin əmri ilə, müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qələndərov Məhəmməd Cavad oğlu, digər müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyeva Aytən Hidayət qızı, Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Heydərov Elnur Eldar oğlu, İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu tutduqları vəzifəsindən azad ediliblər. Hələlik Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat yoxdur.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərovun digər əmri ilə, Məmmədova Yeganə Kərəm qızı Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məmmədov Tofiq Canbaxış oğlu Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, keçmiş İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu isə həmin şöbədə məsləhətçi təyin ediliblər.
Xəbəri Beyləqan Rayon İcra Hakimiyyətindən sayta təsdiqləyiblər.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…