Bakıda baş verən qəzadan sonra sürücülərdən biri digər maşındakıları bıçaqlayıb.
aranxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 22-si axşam saatlarında baş verib.
Sabunçu rayonu, Ramana qəsəbəsində “85” kafesinin qarşsında Vasif Əhmədovun idarə etdiyi “VAZ 2106” ilə Murad Xəlilzadənin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Bu zaman hər iki maşında olan sərnişinlər – Şəmistan Məmmədov, Əli Vəliyev və Vüsal Rzayev mübahisə ediblər. Sürücü Vasif Əhmədov üzərində olan bıçaqla digər sürücü Murad Xəlilzadəni sinəsindən, onun sərnişinləri Ə.Vəliyevi kürəyindən, V.Rzayevi isə qıçından bıçaqlayıb.
Fakla bağlı cinayət işi başlanılıb, V.Əhmədov tutulub, istintaq davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…