Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.
Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.
Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, “Niva” markalı avtomobildə daha bir nəfər – sərnişin İlkin Babayev də güllələnib.
Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb.
İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Fakt araşdırılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…