“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın”.
aranxeber.com aztv.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə çıxışı zamanı deyib.
O, devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərinin həll edildiyini xatırladıb: “Müavinətlər artırıldı – bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında birinci yerdədir. Bu, statistikadır. Əlbəttə, mən bunu demişəm, bir daha demək istəyirəm, çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın. Ancaq buna nail olmaq üçün gərək bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanlar, o cümlədən hər bir sahədə işin səmərəli şəkildə qurulmasından asılıdır”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…