Kateqoriyalar: HadisəRegionSosial

Hacıqabul gölünün bərpasına başlanılacaq

“Hacıqabul gölünün bərpası prosesinə başlanılacaq”.

aranxeber.com “APA”ya istinadən xəbər verir ki, , bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

O bildirib ki, ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq: “Ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir ki, bunun da icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təhciz olunacaq. Layihə təqdim olunub. Növbəti ildən çəkilişinə başlanılacaq. Kanal ətrafında indikindən 4-5 dəfə artıq yaşıllıqlar salınacaq. Həmçinin bu, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq. Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi”.

M.Qənbərovun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq: “Su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq. Çünki yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-nin tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək. Əlbəttə ki, bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı, tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Dinləmələrdə layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024