Kateqoriyalar: BaşSosial

Zeynəb Xanlarova Amerikada öz adına fond açıb

Millət vəkili və Xalq artisti Zeynəb Xanlarova Amerikada öz adına xeyriyyə fondu yaradıb.

aranxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. O bildirib ki, Z.Xanlarova 2012-ci ildə ABŞ-a köçüb:

“O, hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur. 2013-cü ildə Bruklində, “Sheepshead Bay Rd 1629” ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan “Esquiri” restoranı yerləşir. 232.2 kvadratmetr sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni, aylıq icarəsi 10 min dollardır. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

Qeyd edək ki, parlament buraxılandan və növbədənkənar seçkilər təyin ediləndən sonra Z.Xanlarovanın yenidən namizəd olub-olmayacağı ilə bağlı suala onun köməkçisi Mələk Bayramova “Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir” deyə cavab vermişdi.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024