Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunu imzalayıb.
aranxeber.com xəbər verir ki, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
| Gəlirlərin mənbələri | Məbləğ (manatla) | |
| 1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmio cümlədən: | 111 869 600,00 |
| 1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 17 834 800,0 |
| 1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 17 834 800,0 |
| 1.3. | qeyri-büdcə sektoru üzrə | 76 200 000,00 |
| 2. | Sair gəlirlər | 30 000,00 |
| 3. | 2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti | 16 335 800,0 |
Maddə 3. XərclərMüəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
| Xərclərin istiqamətləri | Məbləğ (manatla) | |
| 1. | İşsizliyə görə sığorta ödənişləri | 5 000 000,00 |
| 2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 5 000 000,00 |
| 3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi | 2 000 000,00 |
| 4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 500 000,00 |
| 5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 2 000 000,00 |
| 6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 63 735 400,00 |
| 7. | Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi | 3 000 000,00 |
| 8. | Peşə standartlarının hazırlanması | 2 000 000,00 |
| 9. | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri | 43 000 000,00 |
| 10. | Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi | 1 000 000,00 |
| 11. | Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri | 1 000 000,00 |
Maddə 4. Qalıqlardan istifadə
İlin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…