İmişlidən olan gənc fəal Ziya Rzayev “TREND OF THE YEAR 2019” mükafatlandırma mərasimində yüksək mükafata laiq görülüb.
aranxeber.com xəbər verir ki, “Trend of the year” Azərbaycanda artıq ikinci ildir ki, təşkil edilir. İl ərzində müxtəlif sahələrdə yüksək inkişaf yolunda olan, fərqlənən şəxslər bu mükafatla təltif edilirlər.
“TREND OF THE YEAR 2019” mükafatlandırma mərasimində bu il öz şəxsi gəlirləri hesabına İmişli şəhərində yaratdığı “Ziyalı Gənclər Maarifçi Klubu” adı altında respublikamızın ən kütləvi intellektual oyunlarının, müxtəlif tədbirlərin, sosial layihələrin müəllifi Ziya Rzayev “PUBLİC FİGURE” “İCTİMAİ XADİM” nominasiyası üzrə mükafatlandırılıb.
Tədbir haqqında layihənin rəhbəri Tural Ələkbərov məlumat verərək bildirib ki, mükafatlandırma mərasimi “Teleqüllə” restoranında “Caspian events group” tərəfindən təşkil edildi. Tədbirdə tanınmış müğənnilər, əməkdar artistlar və iş adamları da iştirak edirdi.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…