Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan məlumat əsasında İmişli rayonu M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçirib.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.
Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.
Çörək bişirilən təndirlərdən 2 metr məsafədə sanitariya qovşağının olduğu, müəssisənin giriş hissəsində isə ev heyvanlarının saxlanıldığı aşkarlanıb.
Yoxlama zamanı xəmir kündələrin üstü un kisələri ilə örtüldüyü aşkar olunub. Müəyyən edilib ki, müəssisədə istifadə olunan su mərkəzləşdirilmiş sistemdən götürülsədə, filtrdən keçirilmir, döşəmə, divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…