Avtomobillər üçün elektron etibarnaməyə dair tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat” tətbiqi vasitəsilə və “myGov” platforması üzərindən göstərilir.
O bildirib ki, istifadəçinin ASAN imzası və ya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər:
“Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə, ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.
Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…